Meksikada qasırğa nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, güclü yağışlardan əziyyət çəkən Meksikada "Lidiya" qasırğası nəticəsində 3, tropik "Maks" qasırğası nəticəsində isə 2 nəfər ölüb.
Xalisko ştatında bir nəfər avtomobili sel aparması, digəri isə ağacın avtomobilin üzərinə aşması nəticəsində həlak olub. Nayarit əyalətində axtarış-xilasetmə işləri zamanı bir nəfər infarktdan dünyasını dəyişib. Xalisko ştatında 4 magistral yolda böyük dağıntılar baş verib.
Qasırğadan zərər çəkmiş 171 nəfərin sığınacağa yerləşdirildiyi bildirilib.
Qasırğanın fəsadlarının aradan qaldırılmasına xeyli sayda canlı qüvvə və texnika cəlb olunub.
Meksika Elektrik İdarəsi təbii fəlakətdən zərər çəkən bögələrin 22 faizində elektrik enerjisinin bərpa olunduğunu açıqlayıb.
Şəbnəm Mehdizadə
