Məzmuna keç

Qəzzada ölənlərin sayı 1537 nəfərə çatdı

İsrailin Fələstinin Qəzza zolağına hücumu nəticəsində ölənlərin sayı 1537 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 6612 nəfər yaralanıb.

HAMAS-ın İsrailə hücumu nəticəsində isə ölənlərin sayı 1300 nəfərə çatıb.

Bildirilib ki, müharibə başlayandan bəri 3300 nəfər yaralanıb. Onlardan 28 nəfərinin vəziyyəti çox ağır, 350 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.