Türkiyənin Kırklareli şəhərində ölkəyə qanunsuz yollarla daxil olan 34 qeyri-qanuni miqrant saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, xəbərdarlığa tabe olmayan və təqib nəticəsində saxlanılan avtomobildə 10 qanunsuz miqrant aşkarlanıb.
Miqrantlardan bəzilərinin avtomobilin baqajında olduğu müəyyən edilib.
Kofçaz rayonunda meşəlik ərazidə isə Jandarma qrupları tərəfindən 24 qanunsuz miqrant aşkar edilib.
Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib. Miqrant qaçaqmalçılığı ilə məşğul olan 1 nəfər saxlanılıb.
Şəbnəm Mehdizadə
