Türkiyənin Şanlıurfa şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, sərnişin avtobusu ilə minik avtomobili toqquşub və avtobus yol kənarındakı yanacaqdoldurma məntəqəsinə aşıb.
Şanlıurfa valisi Həsən Şıldak bildirib ki, hadisə nəticəsində 2 nəfər ölüb, 25 nəfər yaralanıb.
Qəza yerinə çoxlu sayda təcili tibbi yardım, polis və jandarma əməkdaşları cəlb edilib.
Yaralılar təcili yardım maşınları ilə Şanlıurfa və Viranşehir dövlət xəstəxanalarına aparılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
