Meksikada "Lidiya" qasırğası daha 2 nəfərin ölümünə səbəb olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, qasırğa Xalisko əyalətində 200 evə ziyan vurub, bəzi magistral yolların hərəkətə bağlanmasına səbəb olub.
Puerto Vallarta meri Alonzo Kastillo nəhəng qayaların uçaraq magistral yolları kəsdiyini və bəzi yolların hərəkətə bağlandığını bildirib.
Gecə saatlarında torpaq sürüşməsi baş verdiyini deyən Kastillo bildirib ki, nəqliyyat infrastrukturuna ciddi ziyan dəysə də, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Qeyd edək ki, son illərdə Meksikada baş verən qasırğalarda xeyli sayda insan həyatını itirib, ölkəyə böyük maddi ziyan dəyib.
Şəbnəm Mehdizadə
