Məzmuna keç

Nigeriyada terrorçular tərəfindən girov götürülən 49 nəfər xilas edilib

Nigeriya ordusu “Boko Haram” terror təşkilatı tərəfindən girov götürülən 49 nəfəri xilas edib.

E-huquq.az xəbər verir ki, bu barədə Nigeriya Müdafiə Nazirliyinin media məsələləri üzrə rəsmisi Edvard Buba məlumat verib.

O bildirib ki, ordu son bir həftədə ölkənin şimal-şərqində yerləşən Borno əyalətində “Boko Haram”a qarşı əməliyyatlar keçirib. Əməliyyatlar zamanı 50 terrorçu zərərsizləşdirilib və aralarında uşaqların da olduğu 49 girov xilas edilib.

Nazirliyin rəsmisi 114 terrorçunun və onlara məxsus xeyli miqdarda sursatın ələ keçirildiyini vurğulayıb.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan “Boko Haram”ın 2009-cu ildən bəri təşkil etdiyi kütləvi hücumlarda minlərlə insan həyatını itirib. Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.

Şəbnəm Mehdizadə