- 22:19
Türkiyənin Adana şəhərində silahlı insident olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Adananın Ceyhan rayonunun Esentəpə rayonunda qohumlar arasında mübahisə qısa müddət sonra insidentə çevrilib.
Tərəflərin bir-birinə ov tüfəngi və tapança ilə atəş açması nəticəsində 3 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili yardım qrupları cəlb edilib.
Yaralılar Ceyhan Dövlət Xəstəxanasına aparılıb.
Polis hadisə ilə bağlı araşdırma aparır.
Şəbnəm Mehdizadə