Məzmuna keç

Türkiyədə terrorçulara qarşı əməliyyat: 19 nəfər saxlanılıb

Türkiyənin Şırnak şəhərində PKK/KCK, İŞİD və FETÖ terror təşkilatlarına qarşı keçirilən əməliyyatda 19 nəfər saxlanılıb.

E-huquq.az xəbər verir ki, Jandarma Komandanlığı terror aktlarının qarşısını almaq məqsədilə şəhər mərkəzi və rayonlarında müəyyən edilmiş ünvanlarda əməliyyat keçirib.

Əməliyyat zamanı 19 şübhəli yaxalanıb.

Şübhəlilər polis bölməsinə aparılıb.

Şəbnəm Mehdizadə