ABŞ-də bir neçə ştatda güclü tornado: yüzlərlə ev zərər görüb


  • 27 Aprel 17:12

ABŞ-nin Nebraska, Texas və Kanzas ştatlarında ən azı 25 tornado qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Məlumata görə, güclü tornado Ayova ştatında da obyektlərə zərər yetirib. İnsanlar həyati təhlükəsi olmayan travmalar alıblar.

Ölənlər barədə məlumat daxil olmayıb.

Bundan başqa, Missuri və Oklahoma ştatlarında da tornado xəbərdarlığı olunub.

Oxşar xəbərlər