İraq və Suriyada 3 PKK terrorçusu zərərsizləşdirildi


  • 28 Aprel 12:15

Türkiyə Silahlı Qüvvələri İraqın və Suriyanın şimalında ümumilikdə üç terrorçunu zərərsizləşdirib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi sosial şəbəkədə bildirib.

“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Hakurk bölgəsindəki 2 PKK terrorçusunu və Suriyanın şimalındakı “Barış Pınarı” bölgəsində təsbit etdiyi 1 PKK/YPG terrorçusunu zərərsizləşdirib”, – mətbuat xidməti qeyd edib.

Xatırladaq ki, aprelin 24-də Türkiyə MN İraqın Hakurk bölgəsində altı terrorçunu zərərsizləşdirdiyini açıqlamışdı.

Oxşar xəbərlər