Qanunsuz yolla Bolqarıstana getməyə çalışan 21 nəfər saxlanılıb


  • 29 Aprel 11:03

Türkiyənin Kırklareli şəhərində 21 qanunsuz miqrant tutulub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri Kırklarelinin Dəmirköy adlı ərazisində yoxlamalar aparıb.

Əməliyyat zamanı Bolqarıstana getmək üçün sərhəd yaxınlığındakı meşəlik əraziyə mikroavtobus ilə gətirilən 21 qeyri-qanuni immiqrant yaxalanıb.

Saxlanılan 19 təşkilatçıdan 17-si həbs edilib.

Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər