Məzmuna keç

İstanbulda silahlı insident zamanı 3 nəfər yaralanıb

Türkiyənin İstanbul şəhərində silahlı insident zamanı 3 nəfər yaralanıb.

E-huquq.az Türkiyə mətbutına istinadən xəbər verir ki, hadisə İstanbulun Bağcılar adlı ərazisində yerləşən kafedə qeydə alınıb.

Naməlum şəxslər kafenin qarşısına gələrək atəş açmağa başlayıblar.

Əraziyə polis və təcili yardım qrupları göndərilib.

Hadisəni törədən şəxslər oradan uzaqlaşıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə