Türkiyədə FETÖ-yə qarşı əməliyyat: 4 nəfər saxlanılıb


  • 29 Aprel 12:07

Türkiyənin 3 vilayətində FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatda 4 nəfər saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin gizli strukturunda fəaliyyət göstərdiyi iddia edilən 4 şübhəli barəsində həbs qərarı çıxarılıb.

Mərkəzi Konya olmaqla, İstanbul və Bursada eyni vaxtda həyata keçirilən əməliyyat zamanı 4 şübhəli saxlanılıb.

Saxlanılan şübhəlilər barəsində həbs qətimkan tədbiri seçilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər