Nigeriyada silahlı hücum zamanı 25 nəfər ölüb


  • 29 Aprel 12:42

Nigeriyanın Borno və Sokoto əyalətlərində silahlı hücumlar zamanı 25 nəfər ölüb.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, Borno əyalətinin Qamboru Nqala bölgəsində İŞİD-in Qərbi Afrika qolu olan ISWAP terror təşkilatı tərəfindən yola qoyulan mina "Vətəndaş birgə məqsədli qrupu"nun (CJTF) maşını keçərkən partlayıb.

CJTF prezidenti Tijjanima Umar qeyd edib ki, partlayış nəticəsində qrupun 11 üzvü həlak olub, 2 nəfər yaralanıb.

CJTF-nin Sokoto əyalətindəki əməkdaşı İsmayıl Haruna isə Sokoto əyalətinin Isa bölgəsində silahlı dəstə üzvləri tərəfindən həyata keçirilən hücum zamanı 14 əməkdaşın öldüyünü bildirib.

Qeyd edək ki, Nigeriyada son zamanlar İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatları hücumlar həyata keçirir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər