Məzmuna keç

Nigeriyada 19 uşaq qızılcadan vəfat edib

Nigeriyanın Adamava əyalətində 19 uşaq qızılca xəstəliyindən vəfat edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Adamava əyalətinin səhiyyə komissarı Feliks Tanqvami məlumat yayıb.

O bildirib ki, Mubi bölgəsində 200-dən çox uşaqda qızılca aşkarlanıb.

Bölgəyə tibb personalı və dərmanların göndərildiyini bildirən Tanqvami, ağır infeksiyaları olan uşaqların xəstəxanalara göndəriləcəyini vurğulayıb.

Şəbnəm Mehdizadə