İstanbulda PKK-ya qarşı əməliyyatda 5 nəfər saxlanılıb


  • 30 Aprel 11:21

Türkiyənin İstanbul şəhərində PKK terror təşkilatına qarşı əməliyyat zamanı 5 nəfər saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində terror təşkilatı tərkibində fəaliyyət göstərən 8 şübhəlinin şəxsiyyəti müəyyən edilib.

İstintaq çərçivəsində həyata keçirilən əməliyyat zamanı 5 şübhəli saxlanılıb.

Digər şübhəlilərin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər