ABŞ-da polislərə silahlı hücum: 4 nəfər ölüb


  • 30 Aprel 12:03

ABŞ-da polis əməkdaşlarına silahlı hücum olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Şimali Karolina ştatının Şarlotta şəhərində qeydə alınıb.

Belə ki, məhkəmə qərarı ilə evdə axtarış aparmaq istəyən polis əməkdaşlarına edilən hücum nəticəsində polislərdən 4-ü ölüb, 4-ü isə yaralanıb.

Şarlotta polis rəisi Conni Cenninqs hadisəni törədən şəxsin öldüyünü bildirib.

Hücumla bağlı ətraflı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər