Ankarada zəncirvari yol qəzasında 8 nəfər yaralanıb


  • 30 Aprel 12:31

Türkiyənin Ankara şəhərində zəncirvari qəza baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, axşam saatlarında şəhərdə yağan leysan yağış nəqliyyatın hərəkətində çətinlik yaradıb.

Belə ki, Ankaranın Elmadağ rayonunda 4 avtomobil və 1 yük maşınının toqquşduğu qəzada 8 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım və təhlükəsizlik qrupları cəlb edilib. Yaralılar Ankaranın müxtəlif xəstəxanalarına aparılıb.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər