Türkiyədə fabrik işçiləri kimyəvi maddədən zəhərlənib


  • 30 Aprel 13:59

Türkiyənin Uşak şəhərində kütləvi zəhərlənmə olub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, fabrik işçiləri halsızlıq və ürək bulanması şikayətləri ilə Uşak Təhsil və Araşdırma Xəstəxanasına müraciət ediblər.

Fabrikdə çalışan 33 işçidən 19-u xəstəxanada müalicə olunub.

Onların səhhətlərinin yaxşı olduğu bildirilib.

Araşdırmalar zamanı fabrikdə istifadə edilən bəzi materialların kimyəvi zəhərlənməyə səbəb olduğu müəyyən edilib.

Hadisə ilə əlaqədar fabrikin fəaliyyəti dayandırılıb.

Araşdırma davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər