Parisdə yaşayış binasında yanğın nəticəsində 3 nəfər ölüb


  • 30 Aprel 17:37

Fransada binada baş verən yanğında 3 nəfər ölüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə, İtalyanlar Bulvarı adlı ərazidə yerləşən yaşayış binasında gecə yarısı yanğın başlayıb.

Əraziyə çoxlu sayda yanğınsöndürən cəlb olunub.

Yanğınsöndürənlər yanğının başladığı mənzildə 3 nəfərin cəsədini aşkarlayıb.

Hadisə nəticəsində bir nəfər yaralanıb.

Yanğın binanın 7-ci mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində baş verib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər