Türkiyədə İŞİD-ə qarşı əməliyyat zamanı 41 nəfər saxlanılıb


  • 1 May 11:17

Türkiyənin 12 vilayətində İŞİD terror təşkilatına qarşı "Bozdoğan-34" keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

O bildirib ki, əməliyyat zamanı 41 nəfər saxlanılıb.

"Terrorçuların göz açmağına imkan verməyəcəyik. Terrorla mübarizəmiz sonuncu terrorçu məhv edilənədək davam edəcək" – deyə nazir bildirib.

Şəbnəm Mehdizadə


Oxşar xəbərlər