İzmir sahillərində 60 qanunsuz miqrant xilas edilib


  • 1 May 11:27

Türkiyənin İzmir şəhərində 60 qeyri-qanuni miqrant xilas edilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizə Komandanlığının internet saytında yer alır.

Məlumata görə, İzmirin Dikili sahillərində xilasedici sallarda bir qrup şəxsin olduğu müəyyən edildikdən sonra bölgəyə Komandanlığın əməkdaşları göndərilib.

Yunanıstan tərəfindən Türkiyəyə geri qaytarılan iki xilasedici salda 15-i uşaq olmaqla 41 qeyri-qanuni miqrant qruplar tərəfindən sahilə çıxarılıb.

Eyni bölgədə qanunsuz miqrantların olduğu rezin qayığın mühərriki xarab olub. Sahil Təhlükəsizlik qrupları gəmidəki 19 miqrantı xilas edib.

Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər