Ayvalık sahillərində 36 qanunsuz miqrant xilas edilib


  • 2 May 11:22

Türkiyənin Balıkesir şəhərində 36 qeyri-qanuni miqrant xilas edilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Balıkesirin Ayvalık sahillərində mühərriki xarab olmuş qayıqda bir qrup şəxsi olduğu müəyyən edildikdən sonra bölgəyə Sahil Mühafizə Komandanlığının gəmisi göndərilib.

Komandanlığın əməkdaşları qayıqda olan 36 qeyri-qanuni miqrantı xilas edərək sahilə çıxarıb.

Miqrantlara qida, içki, geyim, dərman və tibbi ləvazimat kimi humanitar yardımlar verilib.

Daha sonra onlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər