İndoneziyada vulkan püskürməsi səbəbindən 12 min nəfər təxliyə edilib


  • 2 May 11:42

İndoneziyada Ruanq vulkanının yenidən fəallaşdığına görə bölgədəki 12 min insanın təxliyyə qərarı verilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Vulkan vulkanın yerləşdiyi Ruanq adası ötən ay tamamilə boşaldılıb və adada yaşayan 828 nəfər ətraf ərazilərə yerləşdirilib.

Son günlər partlayışların intensivləşməsi ilə əlaqədar təxliyyənin həcmi də artıb.

Səlahiyyətlilər sunami riskinə qarşı Ruanq adası ətrafındakı digər adaları və Sulavesi əyalətinin sahillərini boşaltmağa dair qərar verib.

İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi (PVMBG) tərəfindən verilən açıqlamada, dünəndən bəri üç şiddətli partlayışın olduğu və bu partlayışlar nəticəsində əmələ gələn kül buludlarının 30 metr yüksəkliyə yayıldığı bildirilib.

Vulkan püskürmələri nəticəsində ətrafa yayılan küllər hava nəqliyyatının fəaliiyətinə mənfi təsir edib.

Bölgədəki 7 hava limanında uçuşlar tamamilə dayandırılıb.

Qeyd edək ki, 2018-ci ildə İndoneziyada Anak Krakatoa vulkanının püskürməsi nəticəsində sunami baş verib.

Təbii fəlakət nəticəsində 426 nəfər həyatını itirib, on minlərlə insan yaralanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər