Məzmuna keç

Türkiyədə qocalar evinə hücum edilib: ölənlər və yaralı var

Türkiyənin Antalya şəhərində qocalar evində bıçaqlı hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qocalar evində qalan bir şəxs əvvəlcədən aralarında ədavət olduğu 3 nəfərə bıçaqla hücum edib.

Hadisəni törədən şəxs oradan uzaqlaşıb.

Ağır yaralanan 1 nəfər təcili yardımla xəstəxanaya aparılıb.

Polis hadisəni törədən şəxsi saxlayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə