Məzmuna keç

Pakistanda sərnişin avtobusunun aşması nəticəsində 20 nəfər ölüb

Pakistanın Gilgit-Baltistan bölgəsində avtobusun aşması nəticəsində 20 nəfər həyatını itirib, 21 nəfər yaralanıb.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, qəza Çilas adlı ərazidən keçən Karakorum şosesində, yerli vaxtla saat 05.30-da qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində 20 nəfər ölüb, 21 nəfər yaralanıb.

Yaralılar Çilasdakı xəstəxanalara aparılıb.

Şəbnəm Mehdizadə