İzmir sahillərində 22 qanunsuz miqrant saxlanılıb


  • 7 May 16:06

Türkiyənin İzmir şəhərində 22 qeyri-qanuni miqrant saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Məlumata görə, İzmirin Dikili sahillərində Sahil Təhlükəsizlik Mobil Radarı (MORAD-10) tərəfindən rezin qayıqda olan bir qrup şəxsin olduğu müəyyən edildikdən sonra bölgəyə Komandanlığın əməkdaşları cəlb edilib.

Qruplar tərəfindən dayandırılan rezin qayıqda 22 qanunsuz miqrant yaxalanıb.

Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər