Həyat yoldaşını və 5 yaşlı uşağını öldürən şəxs intihar edib


  • 7 May 16:15

Türkiyənin Tekirdağ şəhərində həyat yoldaşını və 5 yaşlı uşağını öldürən şəxs intihar edib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cinayət hadisəsi Tekirdağın Süleymanpaşa adlı ərazisində baş verib.

Ailənin yaxınları onlardan xəbər ala bilmədiyinə görə polisə müraciət edib.

Polis əməkdaşları ailənin yaşadığı mənzildə 3 nəfərin cəsədini aşkarlayıb.

Hər 3 nəfərin güllə yarası aldığı müəyyən edilib.

Tekirdağ Polis İdarəsində işləyən şəxsin həyat yoldaşını və oğlunu tapança ilə vuraraq intihar etdiyi müəyyən edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər