- 16:03
Tanzaniyada qayığın batması nəticəsində 5 nəfər ölüb, 6 nəfər itkin düşüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Tanqa bölgəsindəki Panqaniyə gedən qayıqdan düşərək boğulan 5 nəfərin cəsədi Keniyanın Mombasa sahillərində sudan çıxarılıb.
Panqani Regional Komissarı Musa Kilakala hadisə ilə bağlı Keniya ilə əməkdaşlıq etdiklərini qeyd edib.
O, itkin düşən 6 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Şəbnəm Mehdizadə