Ankarada 15 FETÖ üzvü saxlanılıb


  • 8 May 12:17

Türkiyənin Ankara şəhərində axtarışda olan 15 FETÖ üzvü yaxalanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Baş Prokurorluq tərəfindən aparılan istintaq çərçivəsində barəsində həbs qərarı çıxarılan 16 terrorçunun ünvanı müəyyən edilib.

Keçirilən əməliyyat zamanı 15 nəfər saxlanılıb.

Digər 1 nəfərin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər