Vanuatuda 6,1 bal gücündə zəlzələ baş verib


  • 8 May 14:30

Sakit okeandakı ada ölkələrindən biri olan Vanuatuda 6,1 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Luqanvil bölgəsindən 99 kilometr şimal-şərqdə yerləşib.

Zəlzələ yerin 12,5 kilometr dərinliyində qeydə alınıb.

Dağıntı və tələfat qeydə alınmayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər