Türkiyədə yük maşınında 20 qanunsuz miqrant aşkarlanıb


  • 8 May 16:53

Türkiyənin Muğla şəhərində 20 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muğlanın Bodrum rayonunda Jandarma Komandanlığı tərəfindən qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində yoxlamalar aparılıb.

Yoxlama zamanı yük maşınının qoşqusunda 24 qanunsuz miqrant aşkar edilib.

Həmçinin miqrant qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən 5 nəfər saxlanılıb.

Qanunsuz miqrantlar Muğla Miqrasiya İdarəsinə təhvil verilib.

Saxlanılan şübhəlilərlə bağlı iş məhkəməyə göndərilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər