Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır


  • 8 May 18:54

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətinin maliyyələşdirilməsində iştirakını dayandırır.

E-huquq.az xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Məlumata görə, Ermənistan KTMT Kollektiv Təhlükəsizlik Şurasının 23 noyabr 2023-cü il tarixli "KTMT-2024 büdcəsi haqqında" qərarına qoşulmaqdan və bununla da təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan çəkinəcək, bununla yanaşı, bu qərarın məhdud tərkibdə qəbul olunmasına etiraz etməyəcək.

Oxşar xəbərlər