Türkiyədə yük maşınında qanunsuz miqrantlar aşkarlanıb


  • 10 May 12:56

Türkiyənin Siirt bölgəsində yük maşınında 17 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az xəbər verir ki, Siirtin Baykan rayonunda polis əməkdaşları İran nömrəli yük maşınını saxlayıb.

Avtomobilə baxış zamanı yük maşınının qoşqusunda 17 qeyri-qanuni miqrant aşkar edilib.

Həmçinin nəqliyyat vasitəsində 7 kilo 330 qram metamfetamin ələ keçirilib.

Saxlanılan əcnəbilər deportasiya olunmaq üçün Miqrasiya İdarəsinə göndərilib.

Hadisə ilə bağlı 1 İran vətəndaşı saxlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər