Türkiyədə fəhlələr arasında kütləvi zəhərlənmə olub


  • 10 May 13:09

Türkiyənin Manisa şəhərində kütləvi zəhərlənmə olub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Manisanın Sarıgöl rayonunda tütün tarlasında işləyən 16 fəhlə axşam saatlarında qida zəhərlənməsi şübhəsi ilə Alaşehir Dövlət Xəstəxanasına müraciət edib.

Zəhərlənmiş şəxslər müayinə və müalicədən sonra evə buraxılıb.

Fəhlələrin yedikləri yeməklərdən nümunələr götürülüb.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər