Borc üstündə silahlı insident zamanı 4 nəfər yaralanıb


  • 10 May 13:34

Türkiyənin Ərzurum şəhərində qohumlar arasında silahlı insident olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ərzurumun Palandöken rayonunda qohumlar arasında borca görə yaranan mübahisə qısa müddətdə silahlı insidentə çevrilib.

Nəticədə 4 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu polis və təcili tibbi yardım qrupları göndərilib.

Yaralılar şəhərdəki xəstəxanalara aparılıb.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər