İzmir sahillərində 39 qanunsuz miqrant xilas edilib


  • 10 May 14:03

Türkiyənin İzmir şəhərində 39 qeyri-qanuni miqrant xilas edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizə Komandanlığının internet saytında yer alır.

Məlumata görə, İzmirin Karaburun sahillərində rezin qayıqda bir qrup şəxsin olduğu müəyyən edildikdən sonra bölgəyə Komandanlığın qayığı göndərilib.

Komandalar Yunanıstan tərəfindən Türkiyəyə geri qaytarılan 39 qeyri-qanuni miqrantı xilas edib.

Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər