Nigeriyada "Lassa" qızdırmasından 156 nəfər ölüb


  • 10 May 14:54

Nigeriyada "Lassa" qızdırmasından 4 ayda 156 nəfər ölüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) məlumat yayıb.

Məlumata görə, 1 yanvar - 28 aprel tarixləri arasında "Lassa" qızdırması epidemiyası paytaxt Abuca ilə yanaşı 28 əyalətə də yayılıb.

Bu müddət ərzində 857 yoluxma halı aşkarlanıb, epidemiya səbəbindən 156 nəfər ölüb.

Ötən il isə ölkədə 1170 yoluxma faktı aşkarlanıb, 219 nəfər ölüb.

Nigeriya hökuməti 2023-cü ilin fevralında “Lassa” qızdırmasının yayılması ilə əlaqədar "fövqəladə vəziyyət" elan edib.

Qeyd edək ki, Lassa qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində qeydə alınıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər