Məzmuna keç

İranda naməlum şəxslər bələdiyyə sədrini öldürüb

İranın Şiraz şəhərinin 5-ci Bölgə bələdiyyə sədri Reza Mesudi naməlum şəxslər tərəfindən öldürülüb.

E-huquq.az İran dövlət televiziyasına istinadən xəbər verir ki, bələdiyyə sədrinin öldürülməsi xəbəri Şiraz Bələdiyyə Şurasının zalında elan edilib.

Hadisə ilə əlaqədar Şiraz Bələdiyyə Şurası boşaldılıb.

Yerli media Mesudinin yerli vaxtla saat 14:00 radələrində Şirazın Şəhid Ağayı küçəsindəki evində ölü tapıldığını yazır.

Mesudinin ölümü ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə