Cənubi Afrika Respublikasının George şəhərində çoxmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 19-a yüksəlib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə George Bələdiyyəsi məlumat yayıb.
Bildirilib ki, 81 fəhlə dağıntılar altında qalıb.
İndiyədək 48 nəfər xilas edilib.
Açıqlamada hadisədə həyatını itirənlərin sayının 19-a yüksəldiyi bildirilib.
Qeyd edək ki, sözügedən bina mayın 6-da çöküb.
Şəbnəm Mehdizadə
