Məzmuna keç

Əlcəzairdə 5 şagird dənizdə boğularaq ölüb

Əlcəzairin paytaxtı Əlcəzairdə 5 şagird dənizdə boğularaq ölüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Əlcəzair Mülki Müdafiə Birliyi məlumat yayıb.

Məlumata görə, paytaxtda yerləşən Muntazah Es-Sablat çimərliyinə gəzintiyiə gedən 7 şagird dənizdə boğulub.

Mülki müdafiə qrupları tərəfindən dənizdən çıxarılan uşaqlardan biri ölüb.

Mustafa Paşa Xəstəxanasına aparılan digər uşaqlardan 4-nün həyatını xilas etmək mümkün olmayıb.

Açıqlamada eyni çimərlikdə daha bir 10 yaşlı uşağın cəsədinin tapıldığı qeyd olunub.

Rəsmi məlumatlara görə, 2023-cü ildə ölkənin çimərliklərində, su kanallarında və bəndlərdə 200-dən çox insan həyatını itirib.

Şəbnəm Mehdizadə