Türkiyənin İzmir şəhərində 47 qanunsuz miqrant xilas edilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizə Komandanlığının internet saytında yer alır.
Belə ki, İzmirin Dikili sahillərində mühərrikində nasazlıq yaranan qayıqda bir qrup şəxsin olduğu müəyyən edildikdən sonra bölgəyə Komandanlığın məkdaşları cəlb edilib.
22-si uşaq olmaqla 47 qqanunsuz miqrant qruplar tərəfindən xilas edilərək sahilə çıxarılıb.
Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
