Məzmuna keç

Nigeriyada hərbi bazaya silahlı hücum: 5 əsəgər ölüb

Nigeriyada hərbi bazaya silahlı hücum olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigeriya ordusu məlumat yayıb.

Məlumata görə, silahlı dəstə üzvləri Katsina əyalətinin Faskari bölgəsindəki hərbi bazaya hücum edib.

Hücum zamanı 5 əsgər ölüb, 11 əsgər isə yaralanıb.

Qeyd edək ki, Nigeriyada son zamanlar İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatları hücumlar həyata keçirir. Son zamanlar silahlı şəxslərin motosikletlərə hücumu səbəbindən ölkənin bəzi əyalətlərində motosikletlərdən istifadə qadağan edilib.

Şəbnəm Mehdizadə