İndoneziyada torpaq sürüşməsi və daşqınlar nəticəsində 58 nəfər ölüb


  • 15 May 14:03

İndoneziyanın Qərbi Sumatra əyalətində Marapi vulkanının püskürməsi nəticəsində baş verən torpaq sürüşməsi zamanı 58 nəfər ölüb.

E-huquq.az xarici mətbuata istinadən verir ki, bu barədə Milli Fəlakətlə Mübarizə Agentliyinin sözçüsü Əbdül Muhari məlumat verib.

O, həmçinin daşqınlar zamanı yüzlərlə evin su altında qaldığını və 1500-dən çox ailənin bölgədən təxliyə edildiyini açıqlayıb.

Hadisə nəticəsində yaralanan 33 nəfərin xəstəxanaya yerləşdirilib.

Muhari, itkin düşən 35 nəfərin tapılması üçün axtarış-xilasetmə işlərinin getdiyini bildirib.

İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyinin (BMKG) prezidenti Dvikorita Karnavati də Qərbi Sumatrada daha güclü yağış və daşqınların gözlənildiyini qeyd edərək, sakinlərə və turistlərə diqqətli olmağı tövsiyə edib.

Qeyd edək ki, mayın 11-də Marapi vulkanının püskürməsi nəticəsində yığılan qaya, kül və torpaq yığını musson yağışları səbəbindən yer dəyişib və insan tələfatına səbəb olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər