Almaniyanın Düsseldorf şəhərində bir binada baş verən yanğında 3 nəfər ölüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, 24 mənzilli yaşayış binasının birinci mərtəbəsində gecə yarısı baş verən partlayış nəticəsində yanğın başlayıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib.
Yanğınsöndürmə briqadaları yaralıları və digər vətəndaşları binanın arxa hissəsindəki eyvanlardan girərək xilas ediblər.
Yanğından sonra bina yararsız hala düşüb.
Sözügedən binada əksərən miqrantlar məskunlaşdığı məlum olub.
Arşadırma aparılır.
Şəbnəm Mehdizadə
