Məzmuna keç

İstanbulda restoranda yanğın olub

Türkiyənin İstanbul şəhərində restoranda yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Kağıthane adlı ərazisində yerləşən 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən restoranda naməlum səbəbdən yanğın başlayıb.

Əraziyə yanğınsöndürmə, polis və təcili yardım qrupları cəlb edilib.

Yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində restorana ciddi ziyan dəyib.

Şəbnəm Mehdizadə