Sudanda 25 milyon insanın humanitar yardıma ehtiyacı var.
E-huquq.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) sözçüsü Yens Laerke bildirib.
O, Darfur əyalətindəki sialhlı qarşıdurmaların mülki əhaliyə təsir etdiyini, bölgədə aclıq və yoluxucu xəstəliklərin artacağını söyləyib.
Laerke, BMT-nin Sudana müdaxilə planı çərçivəsində ən çox zərər çəkən 15 milyon insana dəstək verməyi hədəflədiklərini söylədi.
O, həmçinin donorları Sudana yardım etməyə çağırıb.
BMT-nin İnsan Haqları İdarəsinin sözçüsü Ravina Şamdasan Şimali Darfur qəsəbəsində qarşıdurmalar zamanı ötən həftədən bu yana ən azı 58 mülki şəxsin öldüyünü, 213 mülki vətəndaşın isə yaralandığını qeyd edib.
Şəbnəm Mehdizadə
