Gürcüstan prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub.
E-huquq.az xəbər verir ki, Prezident bu barədə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, veto hüquqi qüvvəyə malikdir və bu gün parlamentə təqdim olunacaq.
Qeyd edək ki, parlament mayın 14-də “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda qəbul edib.
