Məzmuna keç

Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalındakı “Fərat qalxan”ı əməliyyatı bölgəsində PKK-nın beş terrorçusunu zərərsizləşdirib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Terrora və terrorçulara heç bir yerdə keçid yoxdur. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimizin Suriyanın şimalındakı “Fərat qalxanı” bölgəsində təsbit etdiyi 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib”, – hərbi qurum diqqətə çatdırıb.