Məzmuna keç

Aİ İran üçün “Copernicus” peyk görüntü xidmətini aktivləşdirib

Avropa İttifaq (Aİ) İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib.

E-huquq.az xəbər verir ki, bu barədə Aİ-nin böhranların idarə olunması üzrə komissarı Janez Lenarcic "X" hesabında bildirib.

"İranın yardım tələbi ilə İran Prezidenti və xarici işlər nazirinin olduğu bildirilən helikopter qəzası ilə əlaqədar Aİ-nin "CopernicusEMS" – "Copernicus" peyk görüntü xidmətini aktivləşdiririk", – deyə o, paylaşımında qeyd edib.